Naim Süleymanoğlu kimdir?

Naim Süleymanoğlu kimdir?

Bakı. TurkicWorld:

Bütün zamanların ən yaxşı ağır atleti hesab edilən dünya şöhrətli atlet Naim Süleymanoğlu kiçik ölçüdə, lakin çox güclü olduğu üçün Cib Herkuli adlandırılırdı.

Naim 23 yanvar 1967-ci ildə Bolqarıstanın Kırcali şəhərində anadan olub. Bir çoxları tərəfindən bütün zamanların ən yaxşı ağır atleti hesab edilən Süleymanoğlu ağır atletikaya 1977-ci ildə doqquz yaşında ikən başlayıb.

15 yaşında Braziliyada keçirilən yeniyetmələr arasında ağır atletika üzrə dünya çempionatında iki qızıl medal qazanaraq çempion olub.

16 yaşında o, rekord qıraraq yenidən çempion olaraq ağır atletika tarixində ən gənc dünya rekordçusu olub.

Karyerası ərzində üç Olimpiya Qızıl medalı, yeddi dünya çempionatı və altı Avropa çempionatı var.

O, dünya rekordunu 46 dəfə yeniləyib.

1984-cü ildə (16 yaşında) təkanla qaldırma kateqoriyasında öz çəkisini üç dəfə qaldıran ikinci ağır atlet kimi tarixə düşdü.

1983-1986-cı illər arasında o, yeniyetmələr arasında 13, böyüklər arasında 50 olmaqla altmış üç rekord qırmış, həmçinin bu dövrdə 52, 56 və 60 kiloda dünya və Avropa çempionatlarının qalibi olmuşdur.

O, 1984, 1985 və 1986-cı illərdə dünyanın ən yaxşı ağır atleti seçilib.

1984-cü il Los-Anceles Olimpiadasında Bolqarıstanın sovetlərlə boykotda çıxışlarına görə iştirak edə bilməyib.

Bu dövrdə Bolqarıstan hökumətinin öz soylarına qaytarılması əməliyyatı çərçivəsində türk adlarına qadağa qoyması səbəbindən onun adı Naum Şalamanov olaraq dəyişdirilib.

Bolqarıstandakı bu təzyiqlərdən qurtulmaq və Türkiyə adından yarışlarda iştirak etmək üçün 1986-cı ildə Melburnda keçirilən Ağır Atletika üzrə Dünya Çempionatında Türkiyə səfirliyinə və Türkiyəyə sığınıb.

Onun sığınacaq alması və Türkiyəyə gətirilməsi ilə Turqut Özal özü xüsusən məşğul olub.

6 oktyabr 2017-ci ildə qaraciyər çatışmazlığı səbəbindən cərrahi qaraciyər transplantasiyası əməliyyatı keçirən Süleymanoğlu 11 noyabr 2017-ci ildə beyində yaranan qanaxma nəticəsində təcili əməliyyata aparılıb.

Olimpiya və dünya çempionu Türkiyəli milli ağır atlet Naim Süleymanoğlu 18 noyabr 2017-ci ildə müalicə aldığı xəstəxanada 50 yaşında dünyasını dəyişib.

Mövzuya görə xəbərlər

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?

Sədi Şirazi kimdir?

Sədi Şirazi kimdir?

Ömər Fəxrəddin Paşa kimdir?

Ömər Fəxrəddin Paşa kimdir?