Son dəqiqə

Türkiyə Qazaxıstan Rəcəb Tayyib Ərdoğan Kasım-Jomart Tokayev

Ərdoğanın islahatları sayəsində Türkiyə qlobal gücə çevrilib - Tokayev

BAKI,TurkicWorld, Fərid Mikayılov

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həmkarı Rəcəb Tayyib Ərdoğan ilə Astanada keçirdiyi birgə mətbuat konfransında Türkiyənin son illərdə qazandığı nailiyyətləri yüksək qiymətləndirib.

TurkicWorld xəbər verir ki, Ərdoğanın liderlik keyfiyyətlərini və beynəlxalq müstəvidəki nüfuzunu xüsusi vurğulayıb.

Tokayev Türkiyənin Ərdoğanın vizyoner təşəbbüsləri ilə həyata keçirilən islahatlar nəticəsində sabit inkişaf yolu izlədiyini bildirib. O, Türkiyənin təsirli və güclü bir dövlətə çevrildiyini qeyd edərək, qardaş ölkənin hər bir uğuruna sevindiklərini vurğulayıb.

Qazaxıstan Prezidenti Ərdoğanı qlobal siyasətdə ədalət və məsuliyyət prinsiplərini müdafiə edən böyük dövlət xadimi kimi xarakterizə edib. O, məşhur "Dünya 5-dən böyükdür" tezisinin beynəlxalq münasibətlərdəki bərabərsizliyə qarşı cəsarətli bir çağırış olduğunu deyib.

Tokayev Ərdoğanın türk və islam sivilizasiyaları arasında əməkdaşlığın möhkəmləndirilməsindəki rolunu təqdir edib. O, Türkiyə liderinin birbaşa dəstəyi sayəsində Türk Dövlətləri Təşkilatının (TDT) qısa müddətdə nüfuzlu bir quruma çevrildiyini bildirib.

Qeyd edək ki, səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğana Qazaxıstanın ali mükafatlarından biri — "Xoca Əhməd Yasəvi Nişanı" təqdim olunub.

Mövzuya görə xəbərlər