Bakı, TurkicWorld
Həmas Qətərin paytaxtı Dohada Qəzzada atəşkəs və əsir mübadiləsinə dair İsrail və HƏMAS arasında çoxdan gözlənilən razılaşmanın yekun mərhələsinə çatdığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, HƏMAS-ın yazılı açıqlamasında "Atəşkəs və məhbus mübadiləsi razılaşması son mərhələyə çatıb" , - ifadəsinə yer verilib.
Bəyanatda Fələstin qruplarının liderləri ilə danışıqların razılaşma tamamlanana qədər davam etməli olduğu vurğulanıb və Dohadaki Fələstin qruplarının liderləri ilə danışıqlarda əldə olunan irəliləyişlə bağlı mövqeləri ilə bağlı “bir sıra görüşlər və məsləhətləşmələr” aparılıb.
Bəyanata görə, Fələstin liderləri növbəti mərhələ üçün lazımi milli hazırlıqların görülməsinin vacib olduğunu vurğulayıblar. Liderlər danışıqların bu raundunun “aydın və hərtərəfli razılaşma” ilə nəticələnəcəyinə ümid etdiklərini bildiriblər.
Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə HƏMAS və İsrail arasında aparılan dolayı danışıqlar məhbus mübadiləsi və girovların dayandırılması ilə bağlı yekun razılaşmanın formalaşdırılması üçün intensiv şəkildə davam edir.
İsrail mediası iddia edib ki, İsrail və HƏMAS arasında məhbus mübadiləsi sazişinin təfərrüatlarının 90 faizi razılaşdırılıb.
Adının çəkilməsini istəməyən fələstinli mənbələr də atəşkəs və əsir mübadiləsi razılaşmasının demək olar ki, hazır olduğunu bildiriblər.