Son dəqiqə

Rusiya Ukrayna

Krımda keçirilən qondarma seçkilərin nəticələrini tanımırıq – Ukrayna XİN

Bakı, TurkicWorld

İşğal olunmuş Krımda keçiriləcək qondarma seçkilərin nəticələri etibarlı deyil.

TurkicWorld xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayımlayıb.

Bəyanatda, 2014-cü ildə Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımda dünən başlayan və 3 gün davam edəcək seçkilər çərçivəsində sabah seçki qutularının keçiriləcəyi bildirilib.

“Rusiya növbəti dəfə bu seçkinin əhatə dairəsini müvəqqəti işğal altında olan Krım Muxtar Respublikası və Sevastopol şəhərinə qədər genişləndirməyə çalışır.” – deyə açıqlamada qeyd edilib.

Seçkilərin hazırlanmasında və təşkilində iştirak edən hər kəsin Ukrayna qanunlarına uyğun olaraq mühakimə olunacağı vurğulanıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər