Son dəqiqə

Böyük Britaniya Ukrayna

Britaniya Ukraynaya 285 milyon dollar dəyərində əlavə yardım paketi göndərəcək

Bakı, TurkicWorld

Böyük Britaniya 2025-ci ildə Ukraynaya əlavə çoxmilyon dollarlıq hərbi yardım paketi göndərəcək.

TurkicWorld-in məlumatına görə, bu barədə "Daily Mail" qəzeti Böyük Britaniya müdafiə naziri Con Hiliyə istinadən bildirib.

Nazirin sözlərinə görə, söhbət "225 milyon funt sterlinq (284,6 milyon dollar) dəyərində yeni paketdən" gedir.

Qeyd olunub ki, Ukraynalı həmkarı Rustem Umerovla görüşən Hili bildirib ki, London Kiyevə daha çox hava hücumundan müdafiə və radio və elektron döyüş sistemləri, eləcə də ölkənin dəniz qüvvələri üçün pilotsuz uçuş aparatları və sursat verəcək.

Britaniyalı nazir bildirib ki, yardım paketı çərçivəsində Böyük Britaniya "təlim təklifini genişləndirmək niyyətindədir".

Mövzuya görə xəbərlər