BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ administrasiyasında yüksək səviyyəli siyasi müzakirələrin keçirilməsi planlaşdırılır.
TurkicWorld xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın sabah Camp Devid prezident iqamətgahında kabinet iclası keçirəcəyi bildirilir. Məlumata görə, bu görüşün Ağ Evdən kənarda təşkil olunması nadir qərarlardan biri hesab olunur və bütün kabinet üzvlərinin iştirakının gözlənildiyi qeyd edilir.
Bildirilir ki, iclasın əsas mövzuları arasında İranla bağlı vəziyyət, xarici siyasət məsələləri və digər daxili gündəm mövzuları yer alacaq. ABŞ–İran danışıqlarının həssas mərhələdə davam etdiyi bir vaxtda bu görüş xüsusi diqqət çəkir.
Məlumata görə, Respublikaçılar Partiyası daxilində İranla aparılan danışıqlara dair fərqli mövqelərin də müzakirə olunması ehtimal edilir. Bəzi siyasi dairələrin Vaşinqtonun İran məsələsində həddindən artıq yumşaq siyasət izlədiyini düşündüyü bildirilir.







