Son dəqiqə

İran Çin ABŞ Rusiya Donald Tramp İran müharibəsi ABŞ-İran münasibətləri

Çin və Rusiyanın İrana kömək etdiyinə inanmıram - Tramp

BAKI,TurkicWorld

ABŞ Prezidenti Donald Tramp Çin və Rusiyanın İrana yardım göstərdiyinə inanmadığını bildirib. O, hər iki ölkənin Tehranı dəstəkləməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

TurkicWorld xəbər verir ki, Tramp bu barədə özünün «Truth Social» sosial şəbəkə hesabında paylaşım edib.

ABŞ Prezidenti qeyd edib ki, Çin və Rusiyanın İrana kömək göstərməsi barədə çoxsaylı fikirlərlə qarşılaşır. O, bu iddiaları səsləndirən siyasi rəqiblərini də kəskin tənqid edib.

Trampın sözlərinə görə, əgər Pekin və Moskva Tehrana yardım göstərirsə, bu, çox məhdud səviyyədə ola bilər. Bununla belə, o, belə bir yardımın ümumiyyətlə mövcud olduğuna inanmadığını vurğulayıb.

ABŞ Prezidenti bildirib ki, Çin və Rusiyanın belə bir addım atmaqla itirəcəyi çox şey var.

Tramp əlavə edib ki, həmin ölkələrin İrana mümkün yardımı barədə Vaşinqton çox qısa müddətdə məlumat əldə edə bilər.

Mövzuya görə xəbərlər