BAKI,TurkicWorld
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə bütün mümkün tədbirləri nəzərdən keçirir. Vaşinqton bu məsələdə mövqeyinin dəyişmədiyini bildirir.
TurkicWorld xəbər verir ki, bu barədə Ağ Evin rəsmisi açıqlama verib.
Rəsminin sözlərinə görə, Tramp administrasiyası İranın nüvə silahına sahib olmasına imkan verməmək üçün bütün variantları gündəmdə saxlayır.
Açıqlama ABŞ-nin müdafiə naziri Pit Heqsetin İranın nüvə imkanları ilə bağlı səsləndirdiyi fikirlərdən sonra verilib.
Heqset bir gün əvvəl bildirib ki, həm onun, həm də Prezident Donald Trampın əsas məsuliyyəti İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün zəruri addımları atmaqdır.
ABŞ rəhbərliyinin bəyanatlarında hansı konkret tədbirlərin nəzərdən keçirildiyi açıqlanmayıb.







