Son dəqiqə

Brent Donald Tramp Brent markalı neft

"Brent" markalı neftin qiyməti 103,13 dollara düşüb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın yeni açıqlamaları fonunda çərşənbə axşamı axşam saatlarında dünya bazarlarında neft qiymətləri ucuzlaşmağa başlayıb.

ICE Futures London birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti 1,64 dollar (1,57%) azalaraq bir barel üçün 103,13 dollar təşkil edib.

Bu vaxta qədər NYMEX birjasında WTI markalı neftin dekabr fyuçersləri isə 0,72 dollar (0,75%) ucuzlaşaraq bir barel üçün 95,74 dollara enib.

Qeyd edək ki, D. Tramp "Fox News" telekanalına açıqlamasında İranla yenidən hərbi əməliyyatlara başlamaq istəmədiyini bildirib.

"Görək bundan sonra nə baş verəcək. Bilirsiniz, mən çoxlu sayda insanın öldürülməsini istəmirəm. Əgər buna məcbur olsaq, tədbirlər görəcəyik. Amma mən belə addım atmağa can atmıram", – deyə o bildirib.

Mövzuya görə xəbərlər