BAKI,TurkicWorld
ABŞ Prezidenti Donald Tramp Yəməndəki husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan krallığa dəstək göstərməsini istəyə biləcəyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb. O, husilərin son hərəkətlərini sərt tənqid edərək onların davranışlarını qəbuledilməz adlandırıb.
ABŞ Prezidentinin sözlərinə görə, İranla müharibənin nəticələri Yaxın Şərqin digər bölgələrinə də təsir göstərir.
Son günlər husilərin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumları nəticəsində azı 18 nəfərin həlak olduğu, yüzlərlə insanın yaralandığı bildirilir. Hücumlar hava limanının fəaliyyətinin dayandırılmasına səbəb olub.
Tramp Türkiyə Prezidentindən Səudiyyə Ərəbistanının maraqlarının qorunmasına kömək göstərməsini istəyə biləcəyini qeyd edib.
O, Ərdoğanın belə bir müraciətə müsbət cavab verəcəyinə inandığını bildirib.
ABŞ Prezidenti Tehranla münasibətlərdə yaranmış çıxılmaz vəziyyətə də toxunaraq İranla bağlı yaxın zamanda qərar qəbul ediləcəyini açıqlayıb.
Tramp həmçinin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla danışıqlar apardığını bildirib.







