Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib

Bakı,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

"TRT Haber"in yaydığı məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Zəfər Günü tədbirlərində iştirak etdikdən sonra Türkiyəyə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, Azərbaycanın Zəfər Günü münasibətilə azərbaycanlıları bir daha təbrik etdiyini, həmçinin Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiyini bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.

Sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.

Mövzuya görə xəbərlər