Son dəqiqə

Birləşmiş Ərəb Əmirlikləri Qətər Səudiyyə Ərəbistanı Körfəz ölkələri Pakistan vasitəçiliyi sülh prosesi ABŞ-İran münasibətləri Yaxın Şərq siyasəti regional diplomatiya

Qətər diplomatik təşəbbüsləri genişləndirir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Regionda diplomatik fəaliyyət və vasitəçilik təşəbbüsləri ilə bağlı yeni təmaslar baş tutub.

TurkicWorld xəbər verir ki, Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnoun bin Zayed Al Nahyan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Farhan bin Abdullah Al Səud ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

Qətərin Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, danışıq zamanı tərəflər ikitərəfli münasibətlərin vəziyyəti və ABŞ–İran münasibətləri fonunda aparılan diplomatik təşəbbüsləri nəzərdən keçiriblər.

Bildirilib ki, görüşlər zamanı Pakistanın vasitəçiliyi ilə həyata keçirilən diplomatik səylər və bu proseslərin daha da dəstəklənməsi imkanları müzakirə olunub.

Qətər rəsmisi regionda uzunmüddətli sabitliyin təmin olunması məqsədilə dayanıqlı sülh razılaşmasının əldə edilməsinin vacibliyini vurğulayıb.

Açıqlamada bütün tərəflərin diplomatik təşəbbüslərə müsbət yanaşmasının və gərginliyin azaldılmasına dəstək verməsinin əhəmiyyətli olduğu qeyd olunub.

Mövzuya görə xəbərlər