Qətər

Fars körfəzində Qətər şirkətinə məxsus tanker hücuma məruz qalıb

Bakı,TurkicWorld

Qətərin Nakilat şirkətinə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan Al Mayeda tankeri oktyabrın 30-da axşam saatlarında Fars körfəzində hücuma məruz qalıb.

Bu barədə şirkətin rəsmi saytında dərc olunan bəyanatda bildirilib.

"Al Mayeda LNG tankeri oktyabrın 30-u, cümə günü axşam saatlarında Fars körfəzindən keçərkən naməlum obyektlərin zərbəsinə məruz qalıb. Gəmidə olan ekipaj üzvlərindən heç biri xəsarət almayıb, hadisə nəticəsində ətraf mühitə də zərər dəyməyib", – deyə bəyanatda qeyd olunub.

Nakilat şirkəti vurğulayıb ki, qazdaşıyan tanker idarəetməni itirməyib və hazırda hadisənin nəticələri qiymətləndirilir. Dənizçilərin təhlükəsizliyini təmin etmək məqsədilə şirkət ekipaj və regiondakı dəniz təhlükəsizliyi qurumları ilə birbaşa koordinasiyanı davam etdirir.

Mövzuya görə xəbərlər