BAKI,TurkicWorld
İranın xarici işlər naziri Abbas Əraqçi və İran nümayəndə heyətinin bazar ertəsi səhər Nyu-Yorkda ABŞ-la aparılan danışıqlarda vasitəçilik edən tərəflərlə görüşəcəyi bildirilir. Görüşdə danışıqların son vəziyyəti və yeni təkliflər müzakirə olunacaq.
TurkicWorldxəbər verir ki, İranın İSNA xəbər agentliyinin məlumatına görə, vasitəçilər və İran nümayəndə heyəti mövcud vəziyyətlə bağlı son təklif və mövqeləri nəzərdən keçirəcəklər.
Qətərin nümayəndə heyətinin hazırda ABŞ-da olduğu və ötən həftə İranın Hörmüz boğazının yenidən açılması müqabilində iqtisadi məhdudiyyətlərin yüngülləşdirilməsini nəzərdə tutan təklifini ABŞ rəsmilərinə təqdim etdiyi bildirilir.
Görüşün İran və ABŞ arasında davam edən gərginlik fonunda diplomatik səylərin müzakirəsi üçün keçirilməsi nəzərdə tutulur.







