BAKI,TurkicWorld
Qətər Dövləti ilə Tanzaniya Birləşmiş Respublikası iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin yaradılması haqqında anlaşma memorandumu imzalayıb.
TurkicWorld xəbər verir ki, Qətər və Tanzaniya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk mərhələsi bazar ertəsi Dohada keçirilib.
Qətər nümayəndə heyətinə Baş nazir və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani, Tanzaniya nümayəndə heyətinə isə ölkənin Baş naziri doktor Muyinqo Nişimiya rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Qətər və Tanzaniya arasındakı ikitərəfli münasibətlər, onların dəstəklənməsi və daha da inkişaf etdirilməsi yolları nəzərdən keçirilib. Tərəflər, həmçinin bölgədə və beynəlxalq aləmdə baş verən son hadisələr ətrafında fikir mübadiləsi apararaq qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.







