BAKI,TurkicWorld
Qətər Pakistanın Dera İsmayıl Xan bölgəsində təhlükəsizlik məntəqəsini hədəf alan, ölən və yaralananların olduğu partlayışı kəskin şəkildə pisləyib.
TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi yaydığı açıqlamada səbəb və məqsədindən asılı olmayaraq zorakılığın, terrorçuluğun və cinayət əməllərinin bütün formalarının rədd edilməsi ilə bağlı ölkənin dəyişməz mövqeyini bir daha bəyan edib.
Nazirlik Qətər adından həlak olanların ailələrinə, Pakistan hökumətinə və xalqına başsağlığı verib. Yaralananların tezliklə sağalması arzulanıb.







