Son dəqiqə

Rusiya

Moskvadakı partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin generalı həlak olub

Bakı, TurkicWorld

Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov və onun köməkçisi həlak olub.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun açıqlamasında bildirilir.

O qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi və onun köməkçisinin həlak olduğu partlayışa səbəb elektrik skuterində yerləşdirilmiş partlayıcı qurğu olub.

"İstintaqın məlumatına görə, dekabrın 17-si səhər saatlarında Moskvada, Ryazanski prospektində yaşayış binasının girişinin yaxınlığında dayanan skuterdə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb. Nəticədə Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisi həlak olub", - deyə o əlavə edib.

Qeyd edək ki, Moskvada Ryazanski prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib.

Mövzuya görə xəbərlər