Son dəqiqə

İran ABŞ Rusiya Vladimir Putin Donald Tramp Seyid Əli Xamenei

İranın Səfiri Rusiya XİN-də İranın Nüvə Proqramı ilə Bağlı Müzakirələr Aparıb

BAKI,TurkicWorld

İranın Moskvadakı səfiri Kazım Cəlali, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşərək İranın nüvə proqramı ilə bağlı vəziyyətin tənzimlənməsini müzakirə edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, görüş zamanı beynəlxalq gündəmdə olan məsələlər, xüsusilə də Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) davam edən iclası müzakirə edilib.

Rusiya XİN-in açıqlamasında bildirilir ki, hər iki tərəf İranın nüvə proqramı ilə bağlı əməkdaşlığı və koordinasiyanı gücləndirməyə hazır olduqlarını vurğulayıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putindən İranla mümkün nüvə danışıqlarında vasitəçi olmasını istəyib. Məlumata görə, Putin Trampın təklifini qəbul edib.

Həmçinin İran XİN-ə Moskvadan belə bir vasitəçilik təklifi alıb-almadıqları barədə sual ünvanlanıb.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi isə ölkələrin diplomatik yardım təklif etməsinin təbii olduğunu bildirib.

Mövzuya görə xəbərlər