Azərbaycan Ceyhun Bayramov Rusiya Ukrayna Rusiya Ukrayna müharibəsi

Rusiya-Ukrayna müharibəsinin tez başa çatmasını istəyirik - Ceyhun Bayramov

BAKI,TurkicWorld

Rusiya-Ukrayna müharibəsinin nə qədər mümkündürsə, o qədər tez başa çatmasını istəyirik.

TurkicWorld xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, müharibədən sonra hansı proseslərin baş verməsi və bu əsnada Azərbaycanın nə etməli olduğu müharibənin nə zaman, necə başa çatmasından asılıdır.

"Rusiyanın Qərblə münasibətləri nədən ibarət olacaq? Sanksiya siyasəti davam edəcək, yoxsa yox? Ukrayanın təhlükəsizlik zəmanəti və bərpası ilə bağlı beynəlxalq plan olacaqmı? Azərbaycanın fəaliyyəti də bu sualların cavabından ibarət olacaq",-deyə nazir əlavə edib.

Mövzuya görə xəbərlər