Son dəqiqə

Bakı Metropoliteni 1 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il İçərişəhər stansiyası retro vaqonlar

Retro vaqonlar yenidən İçərişəhərdə nümayiş etdiriləcək

Bakı. TurkicWorld

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bakı Metropoliteni tərəfindən silsilə bayram tədbirləri keçiriləcək.

TurkicWorld xəbər verir ki, sərnişinlərin bayram günlərində böyük maraq və rəğbətlə qarşıladığı retro vaqonlar yenidən “İçərişəhər” stansiyasında nümayiş olunacaq.

Qonaqlar dekabrın 27-dən 30-dək xüsusi görünüşlü, qeyri-adi formalı vaqonlarla yaxından tanış ola, tarixləri haqda maraqlı məlumatlar ala, qatarın salonunda şəkil və video çəkərək xəyalən keçmişə səyahət edə bilərlər.

Retro vaqonlar qarşıdakı 4 gündə səhər saat 10:00-dan axşam saat 22:00-a qədər sərnişinlərin ziyarətinə açıq olacaq.

Bundan əlavə, dekabrın 30-31-də Bakı metropoliteninin stansiyalarında Yeni ilin rəmzləri sayılan Şaxta baba və Qar qız balaca sərnişinlərimizin görüşünə gələrək onları əyləndirəcək, azyaşlılara simvolik bayram hədiyyələri təqdim edəcəklər.

Mövzuya görə xəbərlər