BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Xəbər verdiyimiz kimi, bu gün Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasından bir il ötür.
TurkicWorld xəbər verir ki, təyyarə qəzasının şahidləri “Vətən uzaqda deyil” proqramında hadisə barədə danışıblar.
Bununla bağlı videomaterial Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi “YouTube” kanalında dərc edilib.
Həmin proqramı təqdim edirik:
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür. “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Baş verən təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Həyatını itirənlərdən üçü ekipaj üzvü olub.
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən təyyarənin ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.







