Bakı,TurkicWorld
Türkiyənin milli şairi Mehmet Akif Ersoy 20 dekabr 1878-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Təhsil həyatına 1878-ci ildə 4 yaşında ikən Əmir Buhari rayon məktəbində başlayıb. Daha sonra təhsilini Fatih İptidaidə davam etdirib. Atasından ərəb dili üzrə dərslər almağa başlayan Ersoy orta məktəbdən sonra dövrün ən məşhur məktəblərindən olan Mekteb-i Mülkiyenin ibtidai məktəbinə başlayır.
Atasının vəfatından sonra ödənişsiz əsaslarla Baytarlıq Məktəbinə daxil olub və baytarlıq fakültəsini birincilik ilə bitirib.
1893-cü ildə Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin Umur-u Baytariye Şöbəsində işləməyə başlayıb yalnız 1913-cü ildə bu vəzifədən istefa verib.
1898-ci ildə ailə quran şair şeirlərini elə həmin illərdə “Resimli” qəzetində və “Maarif” jurnalında dərc etdirib.
Bununla birlikdə o, ərəb, fransız və fars dillərindən də tərcümə işləri edirdidi.
Baytar olaraq işlədiyi ilk illərində belə şeirləri ilə tanınan Akif 1906-cı ildə Halkalı Baytarlıq Məktəbində, 1908-ci ildən sonra isə Ədəbiyyat fakültəsində dərs deməyə başlayıb.
1920-ci ildə Mehmet Akif Ersoy parlamentə Burdur millət vəkili kimi daxil olur.
1921-ci ildə Türkiyə dövlət himni yarışmasına pul mükafatı almamaq şərti ilə qatılmağa razılaşan Ersoy Türkiyə üçün yazdığı himnini qəhrəman türk ordusuna həsr edib.
1921-ci ilin mart ayının 12-də şairin şeiri Türkiyənin dövlət himni kimi qəbul edilib. Mükafat olaraq verilən 500 lirə isə Hilal-i Əhməd və Darül-Mesai Vəqfinə bağışlanıb.
Abbas Halim Paşanın dəvəti ilə 1923-cü ildə Misirə gedən şair 1929-1936-cı illərdə Camiül-Misriyye Universitetində türkcə müəllimi işləyir.
1936-cı il iyunun 17-də İstanbula qayıdan Mehmet Akif Ersoy 1936-cı il dekabrın 27-də vəfat edib.
Mehmet Akif Ərsoyun əsərləri:
Səfahət
Süleymaniyə Kürsüsündə
Haqqın Səsləri
Fateh Kürsüsündə
Xatirələr
Asim
Kölgələr