Son dəqiqə

Türkiyə

Türkiyə sahillərində bir qrup qeyri-qanuni miqrant saxlanılıb

Bakı, TurkicWorld

Çanaqqalanın Ayvacık rayonu sahillərində qeyri-qanuni miqrantlara qarşı əməliyyatlarda 12 nəfər tutulub, mühərriki xarab olan rezin qayıqda olan 10 nəfər isə xilas edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığının internet saytında paylaşım edilib.

Qeyri-qanuni miqrantlar əməliyyatlarından sonra Ayvacık Əcnəbilərin Repatriasiya Mərkəzinə təslim edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər