Bakı, TurkicWorld
Türkiyənin mərkəzi hissəsində 5,7 gücündə zəlzələ qeydə alınıb.
TurkicWorld xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsinin episentri Kozan şəhərinin 20 km şimal-şərqində yerləşir. Zəlzələ mərkəzi 12 km dərinlikdə olub. Şəhərdə təxminən 88,1 min nəfər yaşayır.
Zərərçəkənlər və dağıntılar haqqında məlumat verilməyib.