Son dəqiqə

Türkiyə

Türkiyədə sərhədi keçməyə çalışan yeddi nəfər saxlanılıb

Bakı, TurkicWorld

Türkiyədə sərhədi keçməyə çalışan yeddi nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi paylaşım edib.

“Türkiyədən Yunanıstana, Suriyadan isə Türkiyəyə qanunsuz keçməyə cəhd edən 7 nəfər sərhəd qoşunlarımız tərəfindən yaxalanıb.” – deyə açıqlamada bildirilib.

Qeyd edilib ki, araşdırmalar nəticəsində ələ keçirilən şəxslərdən ikisinin FETÖ, birinin isə PKK/KCK terror təşkilatı üzvü olduğu müəyyən edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər