Tripoli,TurkicWorld
Bu gün, bazar ertəsi Liviyada Şəhidlər Günü çərçivəsində Şeyx Ömər Əl-Muxtarın şəhadətinin 93-cü ildönümü qeyd olunub.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bu bayram hər il sentyabrın 16-da rəsmi bayram olaraq qeyd olunur.
Qeyd edək ki, İslam dünyasının tarixi şəxsiyyətlərindən biri olan Ömər Əl-Muxtar 1858-ci il avqustun 20-də Tobruk şəhərinin şərqindəki Cənzur bölgəsində anadan olub. Atası azyaşlı ikən vəfat etdiyi üçün Sənusi şeyxi Şeyx Hüseyn Əl-Qəryani ona himayədarlıq etdi . Əl-Muxtar artıq kişik yaşlarında Quran Hafizi idi.
1911-ci ildə İtaliya Osmanlı İmperatorluğuna müharibə elan etdi və oktyabrın 19-da öz qoşunlarını Benqazi şəhərinə gətirdi.
Ömər Əl-Muxtar italyanlara müqavimət göstərmək üçün Zaviyət Əl-Qusurdakı Ubeyd qəbiləsindən öz adamlarını yığmağa başladı və italyanlara qarşı döyüşlərə rəhbərlik edir.
Ömər Əl-Muxtar 1931-ci il sentyabrın 11-də əsir götürülənə qədər Liviya müqavimətinə rəhbərlik etməyə davam etdi. Elə həmin il sentyabrın 15-də italyanlar saxta məhkəmə keçirdi və Ömər Əl-Muxtara edam hökmü çıxarıldı.