Bakı, TurkicWorld
Yaponiya və Türkiyə şirkətləri Afrika ölkələri kimi üçüncü ölkələrdə əməkdaşlıq etməlidir.
TurkicWorld xəbər verir ki, bu barədə Yaponiyanın Ankaradakı səfiri Katsumata Takahiko deyib.
Katsumata qeyd edib ki, Yaponiya və Türkiyə üçüncü ölkə və regionlarda əməkdaşlıq imkanlarını dəyərləndirirlər.
“Türkiyə və Yaponiya şirkətləri Ukraynanın infrastrukturunun qurulmasında əməkdaşlıq edirlər. Mən istərdim ki, Yaponiya və Türkiyə şirkətləri Afrika ölkələri kimi üçüncü ölkələrdə əməkdaşlıq etsinlər.” – deyə o bildirib.
İki ölkənin şirkətlərinin əməkdaşlığı ilə yeni əlavə dəyər əldə edilə biləcəyinə inandığını ifadə edən Katsumata, bu vəziyyətin hər iki tərəf üçün də qazanclı olacağını qeyd edib.
Hafiz Rufizoğlu