Son dəqiqə

ABŞ Yaponiya Koreya

ABŞ, Cənubi Koreya və Yaponiya hərbi təlimlər keçirir

Bakı, TurkicWorld

Cənubi Koreya, ABŞ və Yaponiyanın hərbi hava qüvvələri çərşənbə günü Koreya yarımadası yaxınlığında birgə hərbi təlimlər keçirib.

TurkicWorld -in xarici KİV-ə istinadən xəbərinə görə, təlimlərə səs sürətini ötən strateji "B-1B" modelindən olan bombardmançı, F-15 qırıcıları və Yaponiyanın F-2 qırıcıları səfərbər olunub.

Bu 2025-ci ildə müttəfiq orduların keçirdiyi ilk belə təlimdir. Qeyd edək ki, birgə "müharibə oyunları" bu yaxınlarda KXDR-in səs sürətini ötən ballistik raketləri sınaqdan keçirməsi fonunda keçirilir.

"Bu təlimlərin məqsədi Pxenyandan qaynaqlanan nüvə və raket təhdidlərinin qabaqlanması və onlara qarşı reaksiya baxımından birgə potensialı yaxşılaşdırmaqdır", - deyə Cənubi Koreya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Mövzuya görə xəbərlər