Bakı, TurkicWorld
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT), Süleymaniyyədə terror təşkilatı PKK-nın İran qolu olan YRK-nın qurucularından biri, Amed Serhed kod adlı məsul terrorçunu və onun mühafizəçisini zərərsizləşdirib.
TurkicWorld xəbər verir ki, MİT İraqda qurduğu kəşfiyyat şəbəkəsi sayəsində Amed Serhedin Süleymaniyyə/İraqın Pəncavin çölündə fəaliyyət göstərdiyini müəyyən edib.
PKK-ya qoşulduqdan sonra Amed Serhed, təşkilatın yüksək rəhbərliyi tərəfindən Diyarbəkir və Bitlisə təyinat alıb və təhlükəsizlik qüvvələrinə qarşı bir çox silahlı əməliyyatlar həyata keçirib.
Şərqi Kürdüstan Müdafiə Birliklərinin (YRK) qurucusu Amed Serhed kod adlı terrorçunun mühafizəçisi iranlı Şivan Çiya kod adlı Akam Şahenin də bir müddət İran və Hakkaridə fəaliyyət göstərdiyi müəyyən edilib.
Onun Türkiyə qüvvələrinin sərhəddə PKK/KCK-ya qarşı keçirdiyi əməliyyatlar zamanı İraqa qaçdığı və təşkilat rəhbərliyi tərəfindən Süleymaniyyəyə təyin edildiyi öyrənilib.
MİT öz sahə agentləri vasitəsilə əməliyyat hazırlığına başlayaraq, əməliyyat üçün şərait yaranan anda terrorçuları zərərsizləşdirib.