Son dəqiqə

Özbəkistan BƏƏ

Özbəkistan və BƏƏ Daşkənddə məlumat mərkəzi yaradacaq

Bakı,TurkicWorld

Özbəkistan və BƏƏ Daşkənddə böyük məlumatların emalı mərkəzinin yaradılması ilə bağlı razılığa gəlib.

TurkicWorld xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, BƏƏ-nin süni intellekt naziri Ömər bin Sultan əl-Olama ilə görüşüb.

“Süni intellektin inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi və Daşkənddə böyük məlumatların emalı mərkəzinin yaradılması ilə bağlı razılaşmalar əldə olunub”, - deyə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Bu

Bundan əlavə, Şavkat Mirziyoyev Məhəmməd bin Zayed adına Süni İntellekt Universitetində özbək tələbələr üçün təlim proqramının başlamasını təklif edib. Tədqiqat laboratoriyalarının və texnologiya klasterlərinin yaradılması planları müzakirə edilib.

Mövzuya görə xəbərlər