Bakı, TurkicWorld
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Tanzaniyada yayılan ölümcül Marburq virusu səbəbilə 8 nəfərin öldüyünü açıqlayıb və epidemiyanın daha geniş miqyasda yayılma riskinə qarşı xəbərdarlıq edib.
TurkicWorld xəbər verir ki , ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus, sosial media platforması X-də (keçmiş Twitter) yayımladığı mesajda, yaxın günlərdə daha çox yoluxma halının qeydə alınacağı barədə xəbərdarlıq edib.
9 şübhəli hadisə üzərində araşdırmalar davam edərkən, ÜST üzv ölkələri bu epidemiyaya qarşı tədbir görməyə çağırıb.
Ghebreyesus, Tanzaniyanın qonşu ölkələrini sayıq olmağa və potensial yoluxma hallarına qarşı hazır vəziyyətdə olmağa çağırıb. O, eyni zamanda, risk altında olan ölkələrə Tanzaniya ilə səyahət və ticarəti məhdudlaşdırmağı tövsiyə edib.
Qeyd edək ki, Marburq virusu Ebola ilə eyni ailəyə mənsubdur və yüksək ölümcüllüyü ilə tanınır. Yoluxmuş insanlarda ölüm nisbəti 88 faizə qədər çata bilər. Virus əsasən yarasalardan insanlara keçir və yoluxmuş şəxslərlə təmas zamanı sürətlə yayılır.
ÜST bildirib ki, Marburq virusuna qarşı xüsusi müalicə və ya təsdiqlənmiş peyvənd hələ mövcud deyil. Lakin bəzi qan məhsulları, dərmanlar və immunoterapiya üzərində işlər davam etdirilir.