Son dəqiqə

İsrail İran ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

ÜST: İranda 6 xəstəxana təxliyə edilib, səhiyyə sistemi hələlik tab gətirir

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-İsrail ilə İran arasındakı müharibə nəticəsində İranda 6 xəstəxananın təxliyə edildiyini, lakin ölkənin səhiyyə infrastrukturunun hələlik yüklənməyə davam gətirdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə ÜST-nin regional direktoru Hanan Balxi "Reuters" agentliyinə müsahibəsində bildirib.

Regional direktor qeyd edib ki, İranın ilkin səhiyyə və tibbi infrastrukturu kifayət qədər möhkəmdir və hazırda yaralı axınını qəbul etmək iqtidarındadır. İran rəsmiləri hələlik ÜST-dən təcili yardım müraciəti etməyiblər. Bununla belə, münaqişənin başladığı 28 fevral tarixindən bəri İranda tibb müəssisələrinə 18 hücumun qeydə alındığı və 8 tibb işçisinin həlak olduğu ÜST tərəfindən təsdiqlənib.

İranın BMT-nin Cenevrə bölməsindəki səfiri Əli Bəhreyni isə rəsmi rəqəmləri açıqlayaraq bildirib ki, müharibə başlayandan bəri ölkədə 1300-dən çox insan həlak olub, 7000-dən çox şəxs isə yaralanıb. Hanan Balxi əlavə edib ki, neft obyektlərinin yanması nəticəsində yaranan tüstünün səbəb olduğu "qara yağışlar" gələcəkdə tənəffüs yolları infeksiyalarını artıraraq səhiyyə sisteminə əlavə yük yarada bilər. Hazırda Dubaydakı humanitar mərkəzdən dayandırılmış tibbi ləvazimat uçuşları yenidən bərpa edilib və ehtiyac yaranacağı təqdirdə fövqəladə yardım planları hazırdır.

Mövzuya görə xəbərlər