Bakı, TurkicWorld
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Əl-Cəzirə” Hava İdmanları Klubuna məxsus yüngül təyyarənin qəzaya uğradığı, pilot və köməkçisinin həlak olduğu bildirilib.
TurkicWorld xəbər verir ki, BƏƏ-nin rəsmi xəbər agentliyi WAM mövzu ilə bağlı Mülki Aviasiya Baş Assambleyasının bəyanatına yer verib.
Açıqlamada, Əl-Cəzirə Hava İdmanları Klubuna məxsus təyyarənin Ras əl-Hayme şəhəri sahillərində dənizə düşdüyü, pilot və köməkçisinin həlak olduğu bildirilib.
Qeyd edək ki, qəzanın baş vermə səbəbləri araşdırılır.