Bakı,TurkicWorld
Qazaxıstan BƏƏ-yə qoyun əti ixracını iki dəfə artırıb.
Bu barədə, TurkicWorld Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinə istinadən xəbər verir.
2024-cü ilin 10 ayı ərzində BƏƏ-yə 45,3 milyon dollar dəyərində 13,3 min ton qoyun əti ixrac edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Dubayda EXPO 2020-də Qazaxıstanın Milli Pavilyonunda ticarət və inteqrasiya naziri Arman Şakəliyev BƏƏ-nin xarici ticarət üzrə dövlət naziri Tani bin Əhməd Əl Zeyoudi ilə görüşüb.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.
BƏƏ-nin xarici ticarət üzrə dövlət naziri məhsulların effektiv təbliği və yerli istehlakçıların tələbatının nəzərə alınması üçün daimi nümayəndəliklər kimi ticarət evlərinin yaradılmasının vacibliyini vurğulayıb.
Görüş çərçivəsində Qazaxıstan məhsullarının, o cümlədən qoyun əti, qənnadı məmulatlarının keyfiyyəti və dadı qonaqlar tərəfindən yüksək qiymətləndirilib.