Son dəqiqə

Qazaxıstan

Qazaxıstanda Orta Dəhliz üzrə yük dövriyyəsinin artdığı açıqlanıb

Bakı, TurkicWorld

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə yük dövriyyəsi cari ilin ilk 11 ayı ərzində 63 faiz artaraq 4,1 milyon tona çatıb.

TurkicWorld xəbər verir ki, bunu Qazaxıstan hökumətindən bildirilib.

Eyni zamanda, Orta Dəhliz üzrə konteyner daşımalarının həcmi 2,6 dəfə artaraq 50 500 TEU təşkil edib.

Məlumatlara əsasən, qeyd olunan dövr ərzində marşrutun buraxılış qabiliyyəti illik 6 milyon tona, o cümlədən 100 000 TEU konteyner daşımalarına qədər yüksəlib.

Qeyd edək ki, TBNM və ya Orta Dəhliz Çindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan üzərindən Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat marşrutudur. Bu dəhliz eyni zamanda qədim İpək Yolunun müasir dirçəlişi hesab edilən "Bir kəmər – bir yol" beynəlxalq təşəbbüsünün bir hissəsidir.

Xatırladaq ki, 2024-cü ildə TBNM Koordinasiya Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz marşrutun infrastrukturunun inkişafı və funksional imkanlarının genişləndirilməsinə yönəlib. Yeni platforma dəhlizin rəqabət qabiliyyətini artırmaq üçün çalışacaq və Avropa ilə Asiya arasında yükdaşıma müddətini 15 günə qədər azaldacaq.

Mövzuya görə xəbərlər