Son dəqiqə

Qazaxıstan

Almatıdan Frankfurta yeni reys açılacaq

Bakı,TurkicWorld

Yeni reysin açılışı 2025-ci il iyunun 1-nə planlaşdırılır.

TurkicWorld xəbər verir ki, Qazaxıstanın “Air Astana” aviaşirkəti 2025-ci il iyunun 1-dən etibarən Almatı-Frankfurt marşrutu üzrə həftədə üç dəfə (çərşənbə axşamı, cümə axşamı, bazar günləri) yeni reys açmağı planlaşdırır.

Hazırda aviaşirkət Astana və Uralskdan Frankfurta uçuşlar həyata keçirir.

“Almatıdan uçuşların açılması ölkələr arasında ticarət, iqtisadi, investisiya, turizm və mədəni əməkdaşlığın daha da inkişafına töhfə verəcək”,- deyə nazirliyin bəyanatında deyilir.

Turistlərin rahatlığı üçün uçuşlar A321LR tipli təyyarələrdə həyata keçiriləcək.

Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsi uçuşların coğrafiyasının genişləndirilməsi və beynəlxalq uçuşların sayının artırılması istiqamətində işləri davam etdirir.

Mövzuya görə xəbərlər