Son dəqiqə

bələdiyyə

Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum olub

Bakı. TurkicWorld

Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində 15 886 min nəfərin namizədliyi irəli sürülüb.

TurkicWorld xəbər verir ki, bu barədə statistikanı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında açıqlayıb.

O bildirib ki, onlardan 6889 nəfəri imza vərəqələri götürüb.

Qeyd edək ki, 2025-ci ilin yanvarın 29-da 685 bələdiyyə üzrə seçkilər keçiriləcək, 8 min 71 bələdiyyə üzvü seçiləcək.

Mövzuya görə xəbərlər