Son dəqiqə

Azərbaycan Bakı bələdiyyə

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?

BAKI,TurkicWorld

Bələdiyyə seçkiləri nəticəsində 682 bələdiyyə (3 bələdiyyə üzrə seçki nəticələri etibarsız hesab edilib) üzrə 8 039 bələdiyyə üzvü seçilib.

TurkicWorld-in məlumatına görə, bu məlumat Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsində öz əksini tapıb.

Bildirilib ki, əvvəlki seçkilərdə olduğu kimi, yeni seçilən bələdiyyə üzvlərinin böyük hissəsini qadınlar və gənclər təşkil edib.

Belə ki, qadınların sayı 3 148 nəfər (39 %), gənclərin sayı isə 2 007 nəfər (25 %) olub.

Mövzuya görə xəbərlər