Son dəqiqə

İran ABŞ

Xamenei Suriyadakı Amerika bazalarını hədələyib

Bakı. TurkicWorld

İran lideri Əli Xamenei Suriyada mövcud olan Amerika qüvvələrini təhdid edərək, onların bazalarının salamat qalmasının “mümkünsüz” olacağını bildirib.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki,Xamenei İranın regional strategiyasının memarı, Suriya qəssabı general Qasım Süleymaninin öldürülməsinin beşinci ildönümü mərasimində deyib ki, Suriya “xaos vəziyyətində yaşayır və onun torpaqları xarici güclər tərəfindən işğal olunur. Bir tərəfdən Amerika, digər tərəfdən sionist varlıq, üçüncü tərəfdən bəzi azğın ölkələr”. (azğın ölkələr dedikdə ahıl yaxşı Xameneyi Türkiyəni nəzərdə tutur).

“Təcavüzkar müsəlman millətin torpağını tərk etməlidir, əks halda qovulacaq. Amerika hərbi bazaları suriyalı gənclərin ayaqları altında tapdalanacaq”- deyə ömrünün son illərini yaşayan Xamenei bildirib.

Xamenei ölkəsinin regional strategiyasını müdafiə edərək, 2001-ci ildə Amerikanın Əfqanıstanı və 2003-cü ildə İraqı işğal etməsindən sonra Süleymaninin Amerika qüvvələrinə qarşı döyüş qüvvələrinin hazırlanmasında və ixtisasının artırılmasındakı rolundan danışaraq, “məqsədi İran olan Amerika planının qarşısını aldığını” qeyd edib.

O, əlavə edib ki, Süleymaninin strategiyası Suriya, Livan və İraqda “milli qüvvələr və gənclərdən” istifadə edərək “müqavimət cəbhəsini dirçəltmək” idi. Bu arada Qüds Qüvvələri komandanının müavini general İrəc Məscidi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın 5 il əvvəl Süleymaninin öldürülməsi əmrinə görə “məsuliyyət verməlidir” deyib.

Mövzuya görə xəbərlər