Bakı, TurkicWorld
Suriyadakı yeni administrasiyanın xarici işlər naziri Əsəd Həsən əl-Şeybani, müdafiə naziri Murhaf Əbu Kasra və Baş Kəşfiyyatın rəisi Enes Hattab, əməkdaşlıq və koordinasiya imkanlarını müzakirə etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər ediblər.
TurkicWorld xəbər verir ki, Əl-Şeybani dünən Qətərə etdiyi səfərdə, Suriyanın ABŞ-ın Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğv olunması tələbini təkrarlayıb.
O, həmçinin, Qətərin Baş Naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə keçirdiyi görüşdə, Suriyanın birliyi, suverenliyi və müstəqilliyi mövqeyini bir daha vurğulayıb. Əl-Şeybani, həmçinin, Suriyalıların ləyaqətlə yaşaması və öz dövlətini qurma haqqını müdafiə edəcəklərini bəyan edib.
Qətər Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, görüşdə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və Suriyadakı son hadisələrin müzakirəsi nəzərdən keçirilib. Bununla yanaşı, Qətərin Suriyaya göndərəcəyi humanitar yardımların artırılması məsələsi də müzakirə olunub. İki tərəf, həmçinin Suriya xalqının yaralarını sağaltmaq və ortaq maraqlar üzərində işləmək məqsədini qeyd ediblər.