BAKI, TurkicWorld
2017-2025-ci illər arasında ölkələrinə qayıdan suriyalıların sayı 885 min 642 olub
TurkicWorld AzerVoice-ə istinadənxəbər verir ki, Türkiyə vitse-prezidenti Cevdet Yılmaz sosial media hesabında 2017-2025-ci illər arasında Türkiyədən könüllü geri dönən suriyalıların sayını açıqlayıb.
İmmiqrasiya İdarəsi Müdirliyinin məlumatına görə, 9 dekabr 2024 - 16 mart 2025-ci il tarixləri arasında 145 min 639 suriyalı öz ölkəsinə qayıdıb.
2017-2025-ci illər arasında isə bu rəqəm 885 min 642 nəfərə çatıb.
Yılmaz bildirib ki, ilk mərhələdə qayıdışlar Türkiyənin yaratdığı təhlükəsiz bölgələrə olub. Daha sonra Suriyadakı siyasi dəyişikliklər bu prosesi sürətləndirib. O əlavə edib ki, Suriyada təhlükəsizlik, əsas xidmətlər və iqtisadi şərait yaxşılaşdıqca geri dönüşlərin daha da artacağı gözlənilir.