Son dəqiqə

Azərbaycan Qazaxıstan Gürcüstan Əli Əsədov Qarabağ FK Cevdet Yılmaz II Azərbaycan–Türkiyə İnvestisiya Forumu Lüks kolleksiya Futbol və moda əməkdaşlığı Regional moda həftələri Beynəlxalq bazar Les Benjamins Strateji əməkdaşlıq

Azərbaycan və Türkiyə arasında strateji moda əməkdaşlığı

BAKI, TurkicWorld, Nailə Babazadə

Azərbaycanın “Böyükfırat” Qrupu ilə Türkiyənin aparıcı moda markalarından “Les Benjamins” A.Ş. arasında qarşılıqlı paylama və markanın regionda yayılmasına dair strateji əməkdaşlıq sazişi imzalanıb.

TurkicWorld xəbər verir ki, saziş II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda, Türkiyə Respublikası Baş nazirinin müavini Cevdet Yılmaz və Azərbaycan Baş naziri Əli Əsədovun himayəsində rəsmi şəkildə qüvvəyə minib. Sazişi “Böyükfırat” Qrupu CEO-su Məhəmməd Əli Böyükfırat və “Les Benjamins” şirkətinin direktoru Bünyamin Aydın nümayəndəsi Gökçə Gökpınar vasitəsilə imzalayıblar.

Sazişə əsasən, “Böyükfırat” “Les Benjamins” markasının Azərbaycan, Qazaxıstan və Gürcüstandakı yeganə səlahiyyətli distribütoru kimi pərakəndə mağaza şəbəkəsini idarə etmək, e-ticarət platformalarını inkişaf etdirmək və pop-up mağaza konseptlərini həyata keçirmək öhdəliyini daşıyacaq. Markanın yaradıcı komandası isə sərgilər, regional moda həftələri və sosial media kampaniyalarında birgə layihələr vasitəsilə “Les Benjamins”in tanınmasını daha da artıracaq.

“Böyükfırat” Qrupu CEO-su Məhəmməd Əli Böyükfırat bildirib ki, bu saziş yalnız bazar payını artırmaqla qalmayacaq, həm də Azərbaycan modasının beynəlxalq səviyyədə mövqeyini gücləndirəcək:
“Strateji məqsədimiz müştərilərə yenilikçi dizayn və yüksək keyfiyyət təqdim edərkən yerli markaların inkişafına da dəstək verməkdir.”

Məhəmməd Əli Böyükfırat əlavə edib ki, “Les Benjamins” “Qarabağ” futbol komandası üçün xüsusi kolleksiya hazırlamaqla bağlı ilkin razılığa gəlib.

Xatırladaq ki, “Les Benjamins” daha əvvəl “Mercedes-Benz” ilə lüks avtomobil markası üçün mövsümlük geyim və aksessuar kolleksiyası hazırlamaq məqsədilə əməkdaşlıq sazişi imzalamışdı.

Bu uğurlu təcrübə “Les Benjamins”in yaradıcı yönümlü əməkdaşlıqlarının nə qədər perspektivli olduğunu bir daha göstərmişdi.

Mövzuya görə xəbərlər