Bakı, TurkicWorld
Türkiyə Ermənistanla münasibətlərdə bütün zamanlarda Azərbaycanla koordinasiyalı şəkildə fəaliyyət göstərib.
TurkicWorld xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Türkiyə Azərbaycan üçün qardaş dövlət və müttəfiqdir:
"Bu münasibətlərin bənzəri yoxdur. Bu münasibətlərin əsasında tarixi əlaqələr, dostluq, qardaşlıq dayanır. Türkiyə xüsusilə Azərbaycan üçün çox həssas olan Azərbaycan-Ermənistan münasibətlərinə çox həssas yanaşıb".






