BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
BMT-nin Baş katibi Antonio Quterreş Suriyanın Homs şəhərindəki Əli ibn Əbi Talib məscidində cümə namazı zamanı baş vermiş terror aktını qətiyyətlə pisləyib.
TurkicWorld xəbər verir ki, Quterreş mülki şəxslərə və ibadət yerlərinə hücumların qəbuledilməz olduğunu bildirib, həlak olanların ailələrinə başsağlığı verib və yaralılara şəfa diləyib.
Qeyd olunur ki, Suriyanın Homs şəhərindəki İmam Əli məscidində cümə günü baş verən partlayış nəticəsində 8 nəfər ölüb, 18 nəfər yaralanıb.







