Son dəqiqə

Türkiyə Ermənistan Gürcüstan

Gürcüstandan Ermənistan və Türkiyəyə avtomobil yolu ilə yükdaşımalar dayandırılıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Gürcüstanın İnfrastruktur Nazirliyinin müvafiq departamenti güclü qar yağması səbəbindən Ermənistanla sərhədə aparan Axaltsixe-Ninotsminda avtomobil yolunda qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

TurkicWorld bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, intensiv qar yağması və aşağı temperaturla əlaqədar beynəlxalq əhəmiyyətli Axaltsixe-Ninotsminda avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb, digər növ nəqliyyat vasitələrinin hərəkətinə isə icazə verilir.

Bundan əlavə, Türkiyə ilə sərhədə aparan Axalkalaki-Kartsaxi avtomobil yolunda da qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.

Mövzuya görə xəbərlər