Azərbaycan Bakı İnam Kərimov Vəkillər Kollegiyası Vəkil Günü

Son illərdə hakimliyə namizədlərin seçimi mexanizmləri sadələşdirilib - İnam Kərimov

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Son illərdə məhkəmə sahəsində qanunvericilik bazası təkmilləşdirilib, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri genişləndirilib. Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılıb, hakimliyə namizədlərin seçimi mexanizmləri sadələşdirilib.

TurkicWorld xəbər verir ki, bu fikirləri bu gün Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Vəkillər Kollegiyasının təntənəli mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi yaradan aktlarının indeksləşdirilməsi Qaydasının təsdiqi hüquq ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edir.

"Bu günədək Ali Məhkəmənin icraatında olan işlər üzrə 180-dən çox məhkəmə aktı indeksləşdirilərək rəsmi internet səhifəsində dərc edilib.

Bu aktlar cinayət, mülki, inzibati, kommersiya işlərini əhatə edir və vəkillər üçün məhkəmə təcrübəsinin əvvəlcədən öyrənilməsi baxımından əhəmiyyətli hüquqi mənbə rolunu oynayır",-deyə o əlavə edib.

Mövzuya görə xəbərlər