BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri də qeyd edilən şəxslərin məşğulluğunun təminatıdır.
TurkicWorld xəbər verir ki,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin 11 ayında bu kateqoriyalara aid 1218 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə edilib.
Onlardan 919 şəxs münasib işlərlə təmin olunub, 254 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 45 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub.







