Bakı, TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, danışıqlar zamanı Türkiyə və ABŞ arasındakı ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan, Türkiyə və ABŞ-ın yeni dövrdə əməkdaşlığını həmrəylik içində, nəticəyə yönəlik və səmimi şəkildə inkişaf etdirəcəklərinə inandığını vurğulayıb.
Ərdoğan və Tramp, həmçinin, Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün atılan addımları da müzakirə ediblər. Ərdoğan, Trampın bu müharibənin sona üçün göstərdiyi səyləri dəstəklədiyini bildirib. Ərdoğan, Türkiyənin müharibənin ilk günündən etibarən ədalətli və daimi sülh üçün səylər göstərdiyini və bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini qeyd edib.
Bununla yanaşı, iki lider Suriyadakı vəziyyəti müzakirə ediblər. Ərdoğan, Suriyada sabitliyin bərpası, yeni rəhbərliyin funksional hala gətirilməsi və normallaşmanın təmin edilməsi üçün tətbiq edilən sanksiyaların qaldırılmasının mühüm olduğunu bildirib. O, bu addımın suriyalı qaçqınların öz yurdlarına geri dönməsinə imkan yaradacağını qeyd edib.
Ərdoğan, iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığının inkişaf etdirilməsi üçün CAATSA sanksiyalarının aradan qaldırılması, F-16 qırıcı təyyarələrinin tədarük prosesinin tamamlanması və Türkiyənin F-35 proqramına yenidən daxil olması məsələlərinin həll olunmasının zəruriliyini vurğulayıb.