Son dəqiqə

neft Brent neft-qaz sektoru Rusiya Ukrayna müharibəsi

Dünya bazarlarında neft bahalaşıb

BAKI,TurkicWorld

"Brent" markalı neftin qiyməti 57 sent və ya 0,94% artaraq bir barel üçün 61,21 dollara, ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı nefti isə 54 sent və ya 0,95% bahalaşaraq 57,28 dollara yüksəlib.

TurkicWorld xarici KİV-ə istinadla xəbər verir ki, qiymət artımına əsas səbəb kimi Rusiya və Ukrayna arasında enerji infrastrukturlarına qarşı davam edən hücumlarla əlaqədar geosiyasi gərginliyin yüksək səviyyədə qalması göstərilir.

Qeyd edək ki, hər iki neft göstəricisi cümə günü 2%-dən çox ucuzlaşmışdı. Qiymətlərin əvvəlki azalmaları investorların potensial qlobal təchizat bolluğu və Ukrayna ilə ABŞ prezidentlərinin görüşü öncəsi mümkün sülh razılaşmasını nəzərə almaları ilə əlaqələndirilirdi.

Analitiklərə görə, xam neft qiymətləri yaxın zamanda 55-60 dollar aralığında dəyişə bilər.

Mövzuya görə xəbərlər