BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə səfəri zamanı Qəzza zolağında daha bir hərbi əməliyyat üçün Vaşinqtondan dəstək istəyə bilər.
TurkicWorld-un məlumatına görə, bu barədə "CNN" televiziya şirkəti mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, ABŞ-də olduğu müddətdə Ağ Evin hazırkı prezidenti Donald Trampla danışıqlar aparması gözlənilən Netanyahu sülh planının növbəti mərhələsini həyata keçirməyə razılıq verməzdən əvvəl Qəzza zolağında əlavə əməliyyat üçün Vaşinqtonun dəstəyini almağa çalışa bilər.






